Kobaxidze: Gürcüstan məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri salır
sizinxeber.az xəbər saytı

Kobaxidze: Gürcüstan məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri salır


Gürcüstan hökuməti işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri salmağa və ailələri mənzillə təmin etməyə davam edir.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan liderlər sessiyasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan uzun illərdir müharibə və işğalın humanitar nəticələrinin aradan qaldırılması istiqamətində məcburi köçkünlərə mənzil və sosial dəstək göstərir.

“Yeni yaşayış məntəqələri salmağa və zərərçəkmiş ailələrə mənzillər verməyə davam edirik”, – deyə İrakli Kobaxidze qeyd edib.

Baş nazir bildirib ki, hökumətin mənzil siyasəti gənc ailələri, ekoloji miqrantları və dağlıq ərazilərdə yaşayan sakinləri də əhatə edir.

Onun sözlərinə görə, hədəflənmiş dövlət proqramları və innovativ maliyyə mexanizmləri vasitəsilə mənzil əlçatanlığının artırılması və ölkənin bütün regionlarında inkişaf üçün bərabər imkanların yaradılması nəzərdə tutulur.

İrakli Kobaxidze əlavə edib ki, kənd və şəhər arasındakı fərqin azaldılması Gürcüstanın davamlı inkişaf siyasətinin əsas prioritetlərindən biridir.

Oxşar xəbərlər

İrakli Kobaxidze: Gürcüstanda sovet dövründə verilmiş mənzillərin özəlləşdirilməsi başa çatıb
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Kobaxidze: Cənubi Qafqaz regionu xüsusi əhəmiyyət qazanır
Çinli nazir: Şəhərlərin gələcəyi dünya ölkələrinin birgə səylərindən asılıdır
Kobaxidze İtaliyaya səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər