İyunun 14-ü magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində iyunun 14-də magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, bu imtahanda mayın 17-də keçirilən imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 mayda Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.
Həmçinin diqqətə çatdırılıb ki, mayın 17-də imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir.
Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.
Xatırladaq ki, Bakı, Abşeron və Sumqayıt üzrə qeydiyyatdan keçən 19 746 iştirakçıdan ilkin məlumatlara əsasən, təxminən 17 912 nəfəri mayın 17-də keçirilən imtahanda iştirak edib. Bu da nəzərdə tutulan ümumi sayın 90,7%-ni təşkil edir.
Oxşar xəbərlər
Magistraturaya qəbulun II cəhdi üçün qeydiyyat bu gün başa çatır
Qəbul imtahanının II mərhələsi üçün qeydiyyat elan edilib
Magistraturaya qəbulun II cəhdinə qeydiyyat bu gün başa çatacaq
Magistraturaya qəbulun 2-ci cəhdində iştirak üçün 23 mindən çox şəxs ərizəsini təsdiqləyib
Magistraturaya qəbul imtahanın II cəhdi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
