Gürcüstanın yeni patriarxı seçilib
sizinxeber.az xəbər saytı

Gürcüstanın yeni patriarxı seçilib


Mitropolit Şio (Elizbar Muciri) bütün Gürcüstanın yeni — 142-ci katalikos-patriarxı seçilib.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, ali dini lider postuna üç namizəd arasında səsvermə Gürcüstan Pravoslav Kilsəsinin geniş toplantısında baş tutub.

Səsvermədə ruhanilər məclisinin 39 üzvü iştirak edib. Mitropolit Şio 22 səs əldə edib.

Qeyd edək ki, 1977-ci ildən Gürcüstanın katalikos-patriarxı olmuş II İlya martın 17-də 93 yaşında vəfat edib.

Oxşar xəbərlər

Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
Gürcüstan Patriarxı II İlya vəfat edib
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana səfər edib
Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər