BMT rəsmisi: Şəhərlərin genişlənməsinə diqqətlə yanaşmalıyıq
Yeni Şəhərsalma Gündəliyi qeyri-rəsmi yaşayış məntəqələrinin şəhər planlarına daxil edilməsi və onların ehtiyaclarını qarşılayan siyasətlərin hazırlanması haqqındadır.
APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında deyib.
“Düşünürəm ki, gələcəkdə “Necə şəhərlər görmək istəyirik?” sualının əsl cavabı Yeni Şəhərsalma Gündəliyindədir. Yeni Şəhərsalma Gündəliyi üzv dövlətlər arasında 2016-cı ildə, düz 10 il əvvəl, Quito şəhərində keçirilən “Habitat III” konfransında razılaşdırılmış qlobal öhdəlikdir. Bu il isə BMT Baş Assambleyası çərçivəsində üzv dövlətlər son 10 ildə baş verənləri və növbəti 10 ildə nələrin baş verəcəyini nəzərdən keçirirlər. Yeni Şəhərsalma Gündəliyi çox aydındır. Bu gündəlik insan üçün və təbiət üçün planlaşdırılan şəhərlərdən danışır. İnklüziv, heç kəsi geridə qoymayan şəhərlərdən bəhs edir. Yeni Şəhərsalma Gündəliyi mənzili əsas mərkəzə gətirir. O qəbul edir ki, torpaq yalnız iqtisadi dəyərə malik deyil, həm də mühüm sosial və ekoloji funksiyaya sahibdir. Buna görə də şəhərlərin genişlənməsinə diqqətlə yanaşmalıyıq.
Yeni Şəhərsalma Gündəliyi kompakt şəhərlərdən, balanslaşdırılmış sıxlıqdan, ictimai məkanlardan danışır. Həmçinin qadınlar tərəfindən, qadınlarla birlikdə və qadınlar üçün planlaşdırılan şəhərlərdən bəhs edir”, - Rossbax bildirib.
Oxşar xəbərlər
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
UN-Habitatın icraçı direktoru: Bakı qlobal davamlı şəhərsalma dialoqunun aparıldığı əsas platformalardan birinə çevrilib
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Prezident İlham Əliyevlə görüşündən paylaşım edib
Rossbax: UN-Habitat Azərbaycana WUF13 üçün məkan təqdim etdiyinə görə minnətdardır
Un-habitat rəsmisi: Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
