Braziliya BMT TŞ-nin daimi üzvü olmaq istəyir
Braziliya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyir.
“Report” xəbər verir ki, bu barədə Braziliyanın Rusiya Federasiyasındakı səfiri Rodriqo de Lima Baena Suares “İzvestiya” qəzetinə bildirib.
Diplomatın sözlərinə görə, Braziliya Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyində israrlıdır. Hazırda bu məsələ müzakirə mərhələsindədir.
Səfir qeyd edib ki, ölkəsinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq üçün bütün əsasları var. Braziliya hökuməti hesab edir ki, Təhlükəsizlik Şurası qlobal cənub ölkələrinin təmsil olunmasını təmin etmək üçün daha nümayəndəli və əhatəli olmalıdır.
Diplomat həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının iş üsulları dəyişdirilməlidir ki, o, daha şəffaf olsun və dünya təşkilatının bütün üzvləri adından danışsın.
Öz növbəsində, Braziliyanın San-Paulu Universitetinin Qabaqcıl Tədqiqatlar İnstitutunun əməkdaşı Vinisius Rodriqez Vieira vurğulayıb ki, Afrika və ya Latın Amerikasından olan regional liderlər daxil olmadan BMT Təhlükəsizlik Şurasının islahatı mümkün deyil. Buna görə də Braziliya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi üzv olmaq üçün ilk namizədlərdən biri olmalıdır.
Hindistanın xarici işlər naziri Subrahmanyam Jayşankar da BMT-nin bazardan qalan köhnə şirkət kimi xarakterizə edib.
Qeyd edək ki, daha əvvəl Türkiyə və Fransa rəsmiləri də BMT TŞ-də islahatlar aparılmasının zəruriliyini bildiriblər.
Oxşar xəbərlər
Afrika ölkələrinin BMT TŞ-də təmsil edilməsi təklifi irəli sürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
CAR: Afrika ölkələrinin BMT TŞ-də bərabər səlahiyyətlərə ehtiyacı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Türkiyə BMT TŞ-nin daimi üzvü statusunu almaqda çətinliklərlə üzləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliya Prezidenti Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quterriş: Afrikaya BMT TŞ-də daimi üzv yeri verilməsi vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












