Sadır Japarov dağlıq ərazilərdə şəhərlərlə bağlı təkliflərini açıqlayıb
Qırğız Respublikasının Prezidenti Sadır Japarov dağlıq ərazilərdə şəhərlərlə bağlı təkliflərini açıqlayıb.
APA xəbər verir ki, Sadır Japarov bu barədə Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında bildirib.
“İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına səmimi qonaqpərvərliyə, eləcə də bu mühüm tədbirin ən yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. “Dünyanın mənzillə təmin olunması: təhlükəsiz və dayanıqlı şəhərlər” mövzusuna həsr olunan forum urbanizasiya, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və əlçatan mənzil məsələlərinin müzakirəsi üçün unikal platforma yaradır. Dağlıq ölkə kimi Qırğızıstan dağ regionlarının dayanıqlı inkişafına xüsusi əhəmiyyət verir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dağlar yalnız dünyada yaşayan 1,1 milyard dağ sakininin həyat və rifahını birbaşa təmin etmir, eyni zamanda dağətəyi bölgələrdə yaşayan milyardlarla insan üçün də dolayı fayda yaradır. Təəssüf ki, buzlaqların əriməsi, iqlim dəyişikliyi, əhali miqrasiyası və ekosistemlərə artan təzyiq yüksək dağlıq və dağətəyi bölgələrdə yerləşən şəhərlərə mənfi təsir göstərir. Bunlar kiçik, lakin zəngin tarixə malik, unikal mədəni xüsusiyyətləri olan və çoxsaylı problemlərlə üzləşən şəhərlərdir. Dağlıq ərazilərdə şəhərlərinin dayanıqlı inkişafını təmin etmək üçün diqqətinizi üç əsas istiqamətə yönəltmək istəyirəm. Birinci istiqamət ekosistemlərin dayanıqlığının təmin edilməsidir. Biz dağ ekosistemlərinin həssaslığını nəzərə alan inteqrə olunmuş şəhər idarəetmə strategiyalarının hazırlanmasının tərəfdarıyıq. Xüsusilə buzlaqlardan gələn su axınının azalmasına uyğunlaşma və suya qənaət edən texnologiyaların tətbiqi həyati əhəmiyyət daşıyır.
Bundan əlavə, tullantıların toplanması, təkrar emalı və utilizasiyası üzrə ekoloji cəhətdən təhlükəsiz sistemlərin hazırlanması və tətbiqi, həmçinin təbii landşaftların çirklənməsinin qarşısının alınması vacibdir. Biz həmçinin yerli ekoloji təmiz materiallardan, enerji səmərəli texnologiyalardan və dağ şəraitinə uyğunlaşdırılmış zəlzələyə davamlı layihələndirmə üsullarından istifadənin xüsusi əhəmiyyət daşıdığını hesab edirik. İkinci istiqamət dağ urbanizmi üçün innovasiyalardır. Buraya dağlıq regionların xüsusiyyətlərinə uyğunlaşdırılmış ağıllı texnologiyaların inkişafı, o cümlədən kommunal xidmətlərin, nəqliyyat və enerji təchizatı sistemlərinin rəqəmsallaşdırılması daxildir. Qırğızıstan təcrübəsinə əsaslanaraq hesab edirik ki, enerji müstəqilliyini təmin etmək və emissiyaları azaltmaq üçün dağlıq bölgələrdə hidroenerji və günəş enerjisi potensialından maksimum istifadə olunmalıdır. Əlbəttə, təbii fəlakətlərə davamlı nəqliyyat şəbəkələrinin yaradılması və erkən xəbərdarlıq sistemlərinin inkişafı da eyni dərəcədə vacibdir. Üçüncü istiqamət insan kapitalı və mədəni irslə bağlıdır. Dağ şəhərləri yalnız təbiət deyil, hər şeydən əvvəl insanlardır. Buna görə də biz vətəndaşlarımız və qonaqlarımız üçün rahat yaşayış və iş şəraitinin yaradılmasına çalışırıq. Buraya təhsil və sosial infrastrukturun inkişafı, turizm marşrutları və obyektlərinin yaradılması, eləcə də rəqəmsal köçərilər konsepsiyasının dəstəklənməsi daxildir”, - Sadır Japarov qeyd edib.
Oxşar xəbərlər
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib
Japarov: Azərbaycan WUF13-ü ən yüksək səviyyədə təşkil edib
Sadır Japarov Azərbaycan-Qırğız İnvestisiya Fondunun əhəmiyyətini vurğulayıb
Sadır Japarov: COP29 ən yüksək səviyyədə təşkil olunub
Sadır Japarov Prezident İlham Əliyevə başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
