Aleksandar Vuçiç: Hər dəfə Bakıya gələndə çoxlu dəyişikliklər görürəm
Serbiya Prezidenti Aleksandar Vuçiç hər dəfə Azərbaycana, Bakıya səfər edərkən çoxlu dəyişikliklə rastlaşdığını bəyan edib.
"Report" xəbər verir ki, Serbiya Prezidenti WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı Azərbaycana qonaqpərvərliyinə, Bakıda belə bir qəbula və unudulmaz tədbirə görə təşəkkür edib:
"Hər dəfə Bakıya və ya Azərbaycana gələndə, mən buraya ən azı ildə bir dəfə gəlirəm, çoxlu dəyişiklik və böyük tərəqqi görürəm. Bunun səbəbi sizsiniz, cənab Prezident (İlham Əliyev - red), və bütün Azərbaycan xalqıdır. Bütün işləriniz xalqınızın rifahı naminə aparılır".
A. Vuçiç vurğulayıb ki, dəyişikliklər Azərbaycanın bütün qlobal dəyişikliklərə nə qədər asanlıqla uyğunlaşdığını nümayiş etdirir.
"Bundan əlavə, biz görürük ki, dövlətiniz son illər ərzində nə qədər irəliləyiş əldə edir və bunun izahı kifayət qədər sadədir. Sizin işiniz və, əlbəttə, sədaqətiniz - bu, cənab Əliyevdə hamımızdan, ya da bəlkə də hamıdan daha çox olan bir şeydir. Düşünürəm ki, bu, birbaşa onun xalqının ürəyində və, əlbəttə, onun öz ürəyindədir. İlham Əliyev insanların rifahı üçün çalışır və məhz buna görə Azərbaycan bu gün bütün dünyada ən yaxşı yerlərdən biridir".
Oxşar xəbərlər
Serbiya Prezidenti gələn ay Azərbaycana səfər edəcək
Vuçiç: Serbiyada ehtiyatlardan on minlərlə ton neft çıxarılacaq
Vuçiç impiçment referendumu ilə Serbiya prezidenti vəzifəsini tərk etməyə hazırdır
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
