Baş nazir: Gürcüstanda sovet dövründə verilmiş mənzillərin özəlləşdirilməsi başa çatıb
Gürcüstanda sovet dövründə vətəndaşlara verilmiş yaşayış sahələrinin özəlləşdirilməsi prosesi tam başa çatıb.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan liderlər sessiyasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, bununla şəhər sabitliyi və fərdi mülkiyyət hüquqları üçün aydın hüquqi baza formalaşdırılıb.
“Bu mənzillərin tam şəkildə özəl mülkiyyətə keçirilməsi şəhər sabitliyi və mülkiyyət hüquqlarının qorunması üçün qəti çərçivə yaradıb”, – İrakli Kobaxidze qeyd edib.
Baş nazir əlavə edib ki, Gürcüstanda torpaq sahələrinin tam qeydiyyatı və milli kadastrın tamamlanması hüquqi müəyyənliyi artırıb, torpaq idarəçiliyini gücləndirib və daşınmaz əmlak bazarında daha şəffaf mühit formalaşdırıb.
Onun sözlərinə görə, ölkədə balanslaşdırılmış regional inkişaf və müasir şəhərsalma dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib.
İrakli Kobaxidze bildirib ki, Gürcüstan beynəlxalq tərəfdaşların dəstəyi ilə mənzil və şəhər inkişafı üçün əsas strateji sənəd olan Milli Məkan İnkişaf Konsepsiyasını həyata keçirir.
O, həmçinin Azərbaycan hökumətinə ənənəvi qonaqpərvərliyə və forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
Oxşar xəbərlər
İrakli Kobaxidze: Gürcüstanda sovet dövründə verilmiş mənzillərin özəlləşdirilməsi başa çatıb
Kobaxidze: Gürcüstanda “Maydan” olmayacaq
Kobaxidze: Gürcüstanda pirotexniki vasitələrin satışı 2 dəfə artıb
Kobaxidze: Gürcüstan məcburi köçkünlər üçün yeni yaşayış məntəqələri salır
Kobaxidze: “MEGOBARI aktı” gürcü xalqına qarşı düşmənçilik aktıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Ronaldo gümüş almaqdan imtina etdi
