"Sabah"ın qapıçısı Stas Pokatilov: "Qarşıda bizi Çempionlar Liqası hekayəsi gözləyir"
sizinxeber.az xəbər saytı

"Sabah"ın qapıçısı Stas Pokatilov: "Qarşıda bizi Çempionlar Liqası hekayəsi gözləyir"


"Sabah"ı qarşıda Çempionlar Liqası hekayəsi gözləyir.

Bunu "Report"a açıqlamasında "Sabah"ın qapıçısı Stas Pokatilov deyib.

Qazaxıstan millisinin də formasını geyinən qolkiper Azərbaycanda "qızıl dubl" etmələri barədə danışıb:

"Komanda olaraq hamımız çox xoşbəxtik. Həm Premyer Liqada, həm də Azərbaycan Kubokunda çempionluq yaşadıq. Möhtəşəm bir mövsüm keçirdik, iki titul qazandıq və klub adına böyük bir tarix yazdıq. Mən də bu tarixin bir parçası olduğum üçün sevincliyəm. Qazaxıstandakı yaxınlarım, dostlarım bu uğur münasibəti ilə məni təbrik etdilər. İndi isə növbəti mövsümə hazırlaşacağıq. Qarşıda bizi başqa bir hekayə - Çempionlar Liqası hekayəsi gözləyir. İnanıram ki, orada da uğurlar əldə edəcəyik. Amma əvvəlcə yaxşı istirahət etməliyik. Çünki mövsüm boyunca çox güc sərf etdik. Evə gedib doğmalarımızı, yaxınlarımızı görməliyik və sonra yeni güclə növbəti mövsümə hazırlaşmalıyıq".

33 yaşlı "çərçivə qoruyucusu" bu mövsüm avrokuboklarda uğurlu çıxış etmək istədiklərini bildirib:

"Hansı turnirdə əsas mərhələyə düşə biləcəyimizi bilmirəm. Çünki burada çox amil var və şərait rol oynayır. Püşkatmadan, bəxtdən də çox şey asılıdır. Amma Liqa mərhələsində iştirak etmək üçün gücümüzün olduğunu düşünürəm. Hər halda, maksimum hədəf Çempionlar Liqasının əsas mərhələsinə düşməkdir. Açığı, bu mənim arzumdur".

Qeyd edək ki, "Sabah" Misli Premyer Liqasının XXXII turunda doğma meydanda "Neftçi"yə 1:2 hesablə ilə uduzub. Bununla belə, komanda bir neçə tur əvvəldən çempionluğu rəsmiləşdirib.

Oxşar xəbərlər

Qazaxıstanlı qapıçı: "Sabah"a keçdiyim üçün çox şadam"
NTD-nin basketbolçusu: "İnanıram ki, qarşıda bizi böyük uğurlar gözləyir"
NTD-nin baş məşqçisi: "Gələcəkdə bizi daha çox qələbələr gözləyir"
"Sabah" klubu legioneri ilə yeni müqavilə imzalayıb
Tahir Baxşıyev: "Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər