Mərakeş nümayəndəsi: WUF13 müxtəlif təcrübələrin paylaşılması üçün əlverişli mühit təqdim edir
sizinxeber.az xəbər saytı

Mərakeş nümayəndəsi: WUF13 müxtəlif təcrübələrin paylaşılması üçün əlverişli mühit təqdim edir


Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil, yaşayış və dayanıqlı şəhər inkişafı sahəsində siyasət və təcrübələr ətrafında müzakirələri davam etdirmək üçün yeni imkan yaradır.

"Report" xəbər verir ki, bunu Mərakeşin Ərazi Planlaşdırılması, Mənzil Təsərrüfatı və Şəhər Siyasəti Nazirliyinin mənzil tikintisi məsələləri üzrə dövlət katibi Adib Benbrahim WUF13 çərçivəsində "Urban Expo"da bu ölkəyə məxsus pavilyonun açılış mərasimində deyib.

O qeyd edib ki, mənzil məsələsi Krallıq üçün strateji prioritetdir:

"Ölkə vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına, inklüziv şəhər siyasətlərinin inkişafına və ərazilərin dayanıqlılığının gücləndirilməsinə böyük önəm verir. Bu kontekstdə biz dialoqa, təcrübə mübadiləsinə və qarşılıqlı yanaşmaların zənginləşdirilməsinə xüsusi əhəmiyyət veririk ki, bu da dövlət siyasətlərinin formalaşdırılmasına və şəhər problemlərinə cavabların yaxşılaşdırılmasına töhfə verir. Dünya Şəhərsalma Forumunun müxtəlif buraxılışlarında iştirakımız əməkdaşlığa və kollektiv düşüncəyə töhfə vermək istiqamətində davamlı öhdəliyimizin göstəricisidir".

Mərakeş rəsmisinin sözlərinə görə, WUF13 müxtəlif təcrübələrin paylaşılması və əldə olunan nəticələrin ümumiləşdirilməsi üçün əlverişli mühit təqdim edir:

"Mərakeş nümayəndələri forum çərçivəsində doqquzdan çox sessiyada iştirak edəcək".

Oxşar xəbərlər

Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək
Hindistan WUF13-də dayanıqlı şəhər inkişafı strategiyasını təqdim etmək niyyətindədir
Bakı ən böyük sərgiyə ev sahibliyi edəcək
Malayziya WUF13-də öz AP-UAP Platformasını təqdim edəcək
WUF13-də mənzil siyasətinə dair "Dünya şəhərləri" hesabatı təqdim ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər