IAF Azərbaycanda kosmik sahənin inkişafını yüksək qiymətləndirir
Azərbaycan kosmik sənayenin inkişafına yüksək maraq nümayiş etdirir.
"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "International Astronautical Federation"ın (IAF) icraçı direktoru Kristian Fayxtinqer Antalya Diplomatiya Forumu çərçivəsində bildirib.
"Azərbaycan kosmik sahədə yüksək fəallıq göstərir və fikrimcə, bu, əsasən 2023-cü ildə Bakıda Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi sayəsində mümkün olub", - Fayxtinqer qeyd edib.
O vurğulayıb ki, IAF Azərbaycanın qlobal kosmik birliyinə daha da inteqrasiyası məqsədilə Azərbaycanla sıx əməkdaşlığı davam etdirir.
"Ümid edirik ki, Azərbaycanı qlobal kosmik birliyə daha dərindən inteqrasiya etmək üçün gələcəkdə yenidən Bakıya qayıda biləcəyik", - icraçı direktor deyib.
O, həmçinin qeyd edib ki, Azərbaycan gənclərin kosmik sahəyə cəlb edilməsində böyük fəallıq göstərir.
"Gənclər kosmosa maraq göstərməyə başlayır və bu, bizim üçün son dərəcə vacibdir. Biz Azərbaycanın bu istiqamətdəki səylərini yüksək qiymətləndiririk. Konkret layihələr və ya təşəbbüslərə gəlincə, Azərbaycanda gəncləri cəlb edən və STEM təhsilinə marağı inkişaf etdirən akademiya yaradılıb. Tələbələr öz işlərini beynəlxalq kosmik birliyə fəal şəkildə təqdim edirlər", - Fayxtinqer bildirib.
Onun sözlərinə görə, bu, qlobal kosmik birliyə inteqrasiya və ölkənin qeyd olunan sahədə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımdır.
Oxşar xəbərlər
Azərbaycanlı mühəndislər ən yüksək tələblərə uyğun kosmik peyk hazırlayacaq
Türkmənistan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməyə maraq göstərir
"Azərkosmos": Kosmik sahənin gətirdiyi faydalar daim nəzarətimizdədir
COP29 çərçivəsində Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti keçiriləcək
"Azərkosmos": Mərkəzi Avrasiya regional kosmik gücə çevrilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
