Kobaxidze: Turizm gəlirlərimiz rekord həddə - 4,7 milyard dollara çatıb
2025-ci il Gürcüstanda turizm gəlirləri baxımından rekord il olub.
"Report"un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə hökumətin illik fəaliyyət hesabatını təqdim edərkən deyib.
Onun sözlərinə görə, ötən il ölkənin turizm gəlirləri 4,7 milyard ABŞ dollarına çatıb.
Baş nazir bildirib ki, 2025-ci ildə Gürcüstana ümumilikdə 7,8 milyon beynəlxalq səyahətçi gəlib. Onlardan 5 milyon 522 mini turist səfərlərinin payına düşüb ki, bu da əvvəlki illə müqayisədə 8,4 % artım deməkdir.
İ.Kobaxidze qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin turizm axınına təsir göstərməsinə baxmayaraq, 2026-cı ilin birinci rübündə turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % artıb.
Baş nazirin sözlərinə görə, həmin dövrdə Gürcüstanın hava limanları 1,6 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da illik müqayisədə 4,3 % çoxdur. Birinci rübdə ölkə hava limanlarında 7 800 aviareys həyata keçirilib.
İ.Kobaxidze əlavə edib ki, hesabat dövründə ölkədə təxminən 1 000 otaqdan ibarət 20 yeni otel istifadəyə verilib. Hazırda Gürcüstanda ümumilikdə 53 min otağa malik 2 691 otel fəaliyyət göstərir.
Baş nazir vurğulayıb ki, Gürcüstanın İqtisadiyyat Nazirliyi ölkənin strateji turizm bazarlarında marketinq fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb
Gürcüstan turizm gəlirlərini 7 %-dən çox artırıb
Azərbaycan ötən il Gürcüstanın turizm gəlirlərində 4 % paya malik olub
Gürcüstanın strateji valyuta ehtiyatları rekord həddə çatıb
Gürcüstanın birinci rübdə azərbaycanlı turistlərdən gəlirləri 48 milyon dolları ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
