Ceyhun Sultanov "Araz-Naxçıvan"ın prezidenti vəzifəsinə təyin edilib
sizinxeber.az xəbər saytı

Ceyhun Sultanov "Araz-Naxçıvan"ın prezidenti vəzifəsinə təyin edilib


Azərbaycan millsinin sabiq futbolçusu Ceyhun Sultanov "Araz-Naxçıvan"ın prezidenti vəzifəsinə təyin edilib.

"Sizinxeber.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar İdarə Heyətinin iclasında qəbul olunub.

Toplantıda həmçinin, klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub.

Qeyd edək ki, futbolçu karyerası ərzində "Fərid", "Neftçi", "Dinamo" (Bakı), "Bakı", "Xəzər-Lənkəran", "Kəpəz", "Sumqayıt", "Qəbələ", həmçinin İranın "Maşınsazi" klublarında çıxış edən C.Sultanov müxtəlif illərdə idarəçi kimi "Sumqayıt", "Neftçi" və "Keşlə" klublarında fəaliyyət göstərib.

Oxşar xəbərlər

"Zirə" klubu "Neftçi"nin sabiq futbolçusunu transfer edib
Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edilib
“Araz-Naxçıvan” Rahil Məmmədovu transfer edib
"Araz-Naxçıvan" növbəti transferini həyata keçirib
"Araz-Naxçıvan"ın futbolçusu 300-cü oyununu keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər