Türkmənistan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməyə maraq göstərir
Türkmənistanın milli kosmik agentliyi - "Monacosat" Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") əməkdaşlıq etməyə maraq göstərir.
“Sizinxeber.az” xəbər verir ki, bunu "Monacosat"ın baş direktoru İlhami Aygun Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib.
“Azərbaycanın peyk təşəbbüslərində iştirak etdiyimi düşünürəm. Bu ölkə ilə gələcəkdə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarımız olacaq”, - deyə o qeyd edib.
Qonaq peyk sənayesində uzunmüddətli planlaşdırmanın vacibliyinə diqqət çəkib: “Bir peykin hazırlanıb orbitə çıxarılması təxminən 15 il çəkir. Bu müddət ərzində eyni mövzu ətrafında müzakirələr aparmaqla yanaşı, yeni ideyalar da irəli sürmək lazımdır”.
İ.Aygun geostasionar orbitdə mövqe əldə etməyin əhəmiyyətli olduğunun vurğulayaraq bildirib ki, son illər bu sahədə vəziyyət çətinləşib: “Yalnız suveren ölkələr orbit mövqeyi üçün müraciət edə bilər. Biz 2015-ci ildə 52 dərəcə şərq orbit mövqeyinə tam koordinasiyalı şəkildə müraciət etmişdik”.
Oxşar xəbərlər
Azərbaycanlı mühəndislər ən yüksək tələblərə uyğun kosmik peyk hazırlayacaq
ILRS Azərbaycan ilə kosmik sahədə əməkdaşlıq imkanlarını genişləndirə bilər
Azərbaycan məktəblilərinin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq
Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaq
Yusuf Kıraç: "Azərbaycan və Türkiyə peyklərindəki datalar iki ölkə üçün faydalıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
