Azərbaycanlı mühəndislər ən yüksək tələblərə uyğun kosmik peyk hazırlayacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanlı mühəndislər ən yüksək tələblərə uyğun kosmik peyk hazırlayacaq


Yaxın illərdə azərbaycanlı mühəndislər ən peşəkar, ən yüksək tələblərə cavab verən kosmik peyklər hazırlayacaqlar.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Saməddin Əsədov Ümumdünya Mühəndislik Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, gələcək illərdə Azərbaycan dövləti daha çox yeni kosmik layihələr həyata keçirəcək: “Azərbaycanda kosmik sahədə mühəndislərin yetişdirilməsi istiqamətində əhəmiyyətli fəaliyyət həyata keçirilir. Bunun nəticəsində bu gün Azərbaycan artıq regional deyil, qlobal miqyasda kosmik sahədə böyük nüfuza malikdir. Ölkəmiz çoxsaylı kosmik layihələrdə və beynəlxalq proqramlarda iştirak edir. Azərbaycanda qlobal miqyaslı tədbirlər keçirilir və bu il də bu tədbirlər davam etdiriləcək. Azərbaycan orbitdə kosmik mövqeti olan azsaylı dövlətlərdən biridir”.

O bildirib ki, yaxın illərdə Azərbaycanlı mühəndislər ən peşəkar, ən yüksək tələblərə cavab verən kosmik peyklər hazırlayacaq: “İnanıram ki, 5-10 il ərzində biz sizinlə Ay, Mars və daha böyük kosmik proqramları haqqında müzakirələr aparacağıq”.

Oxşar xəbərlər

Azərbaycanda kosmik obyektlərin rəsmi reyestri aparılacaq
COP29 çərçivəsində Kosmik Agentliklərin Rəhbərlərinin Sammiti keçiriləcək
Saməddin Əsədov: "Azərbaycanlı məktəblilərin hazırladığı peyk “Space X” ilə gələn il orbitə buraxılacaq" - YENİLƏNİB
Kosmik agentlik rəhbərlərinin Bakı bəyənnaməsi qəbul edilib
Kosmik agentlik rəhbərlərinin Bakı bəyannaməsi qəbul edilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle