Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
sizinxeber.az xəbər saytı

Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO


Abşeronda ötən gün 122 motoxuliqan saxlanılıb.

DİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən ötən gün keçirilən növbəti tədbir zamanı sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan və sürücülük hüququ olmayan 122 motoxuliqan saxlanılıb.

Bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edən, əlavə işıq və səsboğucu qurğular quraşdıran 30, yükdaşıma qaydalarını pozan 11, müəyyən edilmiş keçidlərdə piyadalara yol verməyən 18 və sərxoş vəziyyətdə avtomobil idarə edən 6 sürücü barəsində də inzibati protokollar tərtib olunub.

Oxşar xəbərlər

Avtomobil idarə edən narkotik istifadəçisi stasionar postda saxlanılıb
Polis Abşeronda əməliyyatlar keçirib
Abşeronda axtarışda olan 35 nəfər tutulub
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib - VİDEO
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər