İsmayıllıda meşədə külli miqdarda narkotik aşkarlanıb - VİDEO
sizinxeber.az xəbər saytı

İsmayıllıda meşədə külli miqdarda narkotik aşkarlanıb - VİDEO


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazanov saxlanılıb. Ondan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə meşəlik ərazidə gizlətdiyi müəyyən olunub.

Keçirilən digər əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 36 yaşlı Paşa Usubov tutulub. Onun yaşadığı ünvandan 31 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

İsmayıllıda meşədə külli miqdarda narkotik aşkarlanıb
İsmayıllıda meşə ərazisində külli miqdarda narkotik aşkarlanıb
Şəkidə silah və narkotik vasitələr satan şəxslər saxlanılıblar - FOTO
Meşədə çətənə əkən şəxs tutulub
Tərtər sakini narkotik bitkilərin kultivasiyasına görə tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər