Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan tədbirə yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 110-cu iclası keçirilib.
APA-nın Moskva bürosu xəbər verir ki, iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
Ermənistan bu dəfə də iclasa yüksək səviyyəli nümayəndə göndərməyib. Belə ki, respublikanı MDB İqtisadi Şurasının iclasında Belarusdakı səfir Razmik Xumaryan təmsil edib.
Məhdud formatda keçirilən iclasda nümayəndə heyətlərinin rəhbərləri MDB daxilində iqtisadi əməkdaşlığın cari məsələləri barədə fikir mübadiləsi aparıb və bir sıra sənədləri nəzərdən keçiriblər.
2025-ci il üçün MDB ölkələrinin makroiqtisadi inkişaf göstəricilərinə xüsusi diqqət yetirilib. İlkin hesablamalara görə, MDB üzv dövlətlərinin ümumi daxili məhsulu 2,1 faiz artıb. Ümumi işsizlik səviyyəsi əvvəlki illə müqayisədə 9 faiz azalaraq 3,6 milyon nəfərə və ya işçi qüvvəsinin 3,1 faizinə çatıb.
MDB İqtisadi Şurasının növbəti iclasının 11 sentyabr 2026-cı ildə Aşqabadda keçiriləcəyi barədə qərar qəbul olunub.
Oxşar xəbərlər
Moskvada MDB İqtisadi Şurasının 104-cü iclası keçirilib
Moskvada MDB hökumət başçıları Şurasının iclası keçirilir - YENİLƏNİB - FOTO
Əli Əsədov Moskvada MDB hökumət başçıları Şurasının iclasında iştirak edəcək
Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Moskvada Xəzər dənizi məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
