Azərbaycan banklarının xalis daxili aktivləri il ərzində 16 %-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Azərbaycan banklarının xalis daxili aktivləri il ərzində 16 %-ə yaxın artıb


Bu ilin iyunun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 30 milyard 088,6 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 %, ilin əvvəlinə nisbətən 16,4 %, 2025-ci ilin iyunun 1-i ilə müqayisədə isə 1 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 411,9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 3,7 % çox, ilin əvvəlinə nisbətən 10,8 % az, ötən il iyunun 1-i ilə ilə müqayisədə isə 15,6 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 59 milyard 183,7 milyon manat olan 22 bank fəaliyyət göstərir.

Oxşar xəbərlər

Azərbaycan banklarının xalis xarici aktivləri 18 %-dən çox artıb
Azərbaycan banklarının xalis xarici aktivləri cüzi artıb
Azərbaycan banklarının xalis xarici və daxili aktivləri artıb
Azərbaycan banklarının xalis xarici aktivləri iyunda 12 %-dən çox azalıb
Azərbaycan banklarının xalis xarici aktivləri 4 ayda 14 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər