"Azərkosmos": Mərkəzi Avrasiya regional kosmik gücə çevrilə bilər
Mərkəzi Avrasiya regional kosmik gücə çevrilə bilər.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyəti sədrinin müavini Fuad Aslanov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib.
"Bu konfransda 30-a yaxın ölkə təmsil olunur, ümumi iştirakçı sayı 400-ü keçib. Dünən biz bir çox maraqlı təqdimatlar gördük. Mərkəzi Avrasiyada suveren kosmik proqramların inkişafını müşahidə etmək mənim üçün çox maraqlı idi. Hesab edirəm ki, bu gün kosmos artıq qapalı məkan deyil. Biz mütləq beynəlxalq tərəfdaşlarla əməkdaşlığa can atmalıyıq, çünki bir çox yerli biliklər mövcuddur. İnanıram ki, siyasətçilər, kosmik agentliklər, sənaye və akademik qurumlarla birgə biz daha inkişaf etmiş kosmik ekosistem qura bilərik.
Bugünkü sessiyalar daha çox Yer müşahidəsi və telekommunikasiya sahəsində son inkişaf və texnologiyalara fokuslanacaq. Hazırda böyük problem rəqəmsallaşma artdıqca ucqar bölgələrin qoşulmasıdır. Biz həmçinin kosmik sektorda innovasiyalar və milli kosmik proqramları dəstəkləmək üçün lazımi investisiyaları müzakirə edəcəyik. Öz təcrübəmizdən bilirik ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək nə qədər vacibdir və hesab edirik ki, biz öz təcrübəmizi də paylaşa bilərik",- deyə o qeyd edib.
Oxşar xəbərlər
Nazir müavini: “Kosmos ölkələrarası əlaqələrin inkişafında körpü olub”
"Azərkosmos" Mozambikə kosmik bilik ixrac edib
"Azərkosmos": Kosmik sahənin gətirdiyi faydalar daim nəzarətimizdədir
Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir
"Azərkosmos" və "Türksat" Anlaşma Memorandumu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
