Elnur Məmmədov ABŞ Dövlət Departamentinin rəsmiləri ilə Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib
sizinxeber.az xəbər saytı

Elnur Məmmədov ABŞ Dövlət Departamentinin rəsmiləri ilə Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib


Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə görüşüb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrasından irəli gələn məsələlər, o cümlədən enerji və ticarət məsələləri, regional bağlantılar və iqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib.

Tərəflər arasında nəqliyyat, rəqəmsallaşma, süni intellekt və s. potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektor nümayəndələrinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq müzakirə edilib
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığı müzakirə ediblər
Azərbaycan və Belarus XİN-ləri arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib
Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər