Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq müzakirə edilib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq müzakirə edilib


7 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirakı çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.

Ötən ay Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə baş tutan səfəri zamanı aparılmış müzakirələrə istinadən, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.

Oxşar xəbərlər

Əli Əsədov pakistanlı nazirlə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramovla Pakistanın Baş naziri arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Pakistan XİN rəhbərlərinin telefon danışığı olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Pakistan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər