Bakıda AQEM-in qadınların liderliyinə həsr olunmuş beynəlxalq konfransı keçirilir
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı keçirilir.
"Report" xəbər verir ki, konfransda "Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanları" və "Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi" mövzusunda panel müzakirələri təşkil ediləcək.
Tədbirin davamında AQEM Qadınlar Şurasının ilk iclası planlaşdırılıb.
Tədbirin proqramına görə, yekunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və AQEM-in Baş katibi Kayrat Sarıbay mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaqlar.
Qeyd edilib ki, iclasın məqsədi AQEM-in üzv dövlətləri arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatın rəsmi tətbiqidir.
Oxşar xəbərlər
Bahar Muradova: Qadın sahibkarlığının təşviqi strateji iqtisadi inkişaf prioritetidir
Kayrat Sarıbay: “Azərbaycan AQEM çərçivəsində Qadınlar Şurasının yaradılmasını istəyir”
Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək
Prezident AQEM-in Baş katibini qəbul edib
Kayrat Sarıbay: “AQEM Azərbaycanın sədrliyi ilə dayanıqlı inkişaf trayektoriyasına daxil olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
