Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək
Fevralın 27-də Azərbaycanın sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək.
Bu barədə “Sizinxeber.az” AQEM-in mətbuat xidmətinə istinadən xəbər verir.
İclasın iştirakçıları xüsusilə sədrliyin baxışını və üzv dövlətlərin 2025-2026-cı illər üçün təşəbbüslərini müzakirə edəcəklər.
Tədbirin təşkilatçısı AQEM Katibliyinin dəstəyi ilə Azərbaycan Xarici İşlər Nazirliyidir.
İclasda AQEM-in institusional strukturunun əsas məsələləri, AQEM-in Analitik Mərkəzlər Forumunun 2025-ci il üçün iş planı, 2024-cü il üzrə illik maliyyə hesabatı və 2023-2024-cü illər üzrə xarici audit hesabatının müzakirə ediləcəyi gözlənilir.
Xatırladaq ki, AQEM-in baş katibi Kayrat Sarıbay “Sizinxeber.az”a müsahibəsində qeyd edib ki, 2025-ci il üçün AQEM-in etimad tədbirlərinin həyata keçirilməsi planına 44 tədbir daxildir. Bunlardan təxminən 20-si Azərbaycan tərəfindən təklif olunub və AQEM-in beş əsas iş istiqamətini əhatə edir: iqtisadi, ekoloji, insani və hərbi-siyasi ölçülər, yeni çağırışlar və təhdidlər ölçüsü.
Oxşar xəbərlər
Prezident AQEM-in Baş katibini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AQEM-in Baş katibi Azərbaycanın sədrliyi çərçivəsində planlaşdırılan tədbirləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AQEM Nazirlər Şurasının 7-ci görüşündə bir sıra sənədlər qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Alim Bayel: Azərbaycan COP29 çərçivəsində AQEM-ə sədrlik edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov AQEM-in iclasında iştirak edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












