

Kayrat Sarıbay: “AQEM Azərbaycanın sədrliyi ilə dayanıqlı inkişaf trayektoriyasına daxil olacaq"
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Azərbaycanın sədrliyi sayəsində Asiyada əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi üzrə dayanıqlı inkişaf trayektoriyasına daxil olacaq.
“Report” xəbər verir ki, bunu AQEM-in baş katibi Kayrat Sarıbay Bakıda keçirilən AQEM Biznes Şurasının 8-ci plenar sessiyasının kuluarlarında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, AQEM-ə üzv ölkələrin kiçik və orta biznes nümayəndələrinin beynəlxalq əlaqələrinin inkişafı Biznes Şuranın fəaliyyətində diqqət mərkəzində duran əsas məsələdir.
"Biznes Şura hökumət və biznes assosiasiyalarının nümayəndələrini birləşdirir. Buna görə də Sakit okeandan Aralıq dənizinə, Arktik okeandan Hind okeanına qədər Asiyanın 90 %-ni, 28 üzv dövləti əhatə edən belə bir platformanın olması son dərəcə vacibdir", - K.Sarıbay bildirib.
Baş katib qeyd edib ki, bütün bu ölkələr iqtisadiyyatın inkişafı ilə məşğuldur, kiçik və orta biznes AQEM ölkələrinin iqtisadiyyatında çox mühüm rol oynayır.
"Buna görə də kiçik və orta biznesin geniş kontinental inkişaf imkanlarına malik olması vacibdir. Asiyanın qapalı qitə olmadığı anlayırıq. Əksinə, Asiya bu gün qlobal iqtisadi inkişafda həm texnologiyaların, həm də yeni iqtisadiyyatın inkişafı baxımından böyük rol oynayır", - o əlavə edib.
K.Sarıbay vurğulayıb ki, bugünkü Biznes Şura öz məqsədinə çatıb: "Hesab edirəm ki, Azərbaycanın sədrliyi parlaq başlayıb, yüksək məhsuldarlıq olacaq və AQEM Asiyada əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi üzrə dayanıqlı inkişaf trayektoriyasına daxil olacaq".
Oxşar xəbərlər
Kayrat Sarıbay: “Azərbaycan AQEM çərçivəsində Qadınlar Şurasının yaradılmasını istəyir”
Baş katib: "AQEM ölkələri nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasını müzakirə etmək istəyir"
AQEM-in Baş katibi Azərbaycanın sədrliyi çərçivəsində planlaşdırılan tədbirləri açıqlayıb
Azərbaycanda rəqəmsal transformasiya və innovasiyalar üzrə forum keçiriləcək
Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin birinci iclası keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
