BMT: Ərazilərin bərpası sistemli transformasiyalar üçün platformaya çevrilməlidir
Bərpa prosesi əvvəlki nizamın sadəcə təkrarlanması deyil, dərin transformasiyalar üçün platformaya çevrilməlidir.
"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin mənzil hüququ üzrə xüsusi məruzəçisi Paula Qaviriya Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir" adlı panel müzakirəsində bildirib.
"Silahlı münaqişələrin təsirinə məruz qalmış ərazilərin bərpası müharibədən əvvəlki vəziyyəti geri qaytarmaq cəhdi kimi deyil, dərin sistem problemlərini aradan qaldırmaq üçün bir fürsət kimi qəbul edilməlidir. Yenidənqurma prosesi çox vaxt özləri münaqişələrin və əhalinin kütləvi şəkildə məcburi yerdəyişməsinin əsas səbəblərinə çevrilən bərabərsizliyin və sosial təcridin müxtəlif formalarının aradan qaldırılmasına yönəldilməlidir", - xüsusi məruzəçi vurğulayıb.
P. Qaviriya həmçinin bərpa prosesinin qeyri-maddi tərkib hissələrinin - insan ləyaqətinin qorunması, sosial həmrəyliyin möhkəmləndirilməsi və əhali ilə dövlət institutları arasında etimadın qurulmasının əhəmiyyətinə diqqət çəkib.
"Onun qənaətinə görə, uğurun əsas meyarı inşa edilmiş binaların sayı deyil, köçkünlərin cəmiyyətə yenidən onun tamhüquqlu və bərabər üzvləri kimi inteqrasiya edə bilib-bilməyəcəyi olmalıdır", - o əlavə edib.
Oxşar xəbərlər
Qaviriya: Şəhərlərin dağıdılmasının qarşısının alınması prioritetə çevrilməlidir
Paula Qaviriya: Fəlakətlərdən sonra yenidənqurma işləri risklərin azaldılmasına yönəldilməlidir
IIED-nin tədqiqatlar üzrə direktoru köçkünlərə yanaşmanın dəyişdirilməsinə çağırıb
Xüsusi nümayəndə: Azad olunmuş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə resursları ayrılıb
IIED: Qaçqınların şəhərlərdən təcrid edilməsi prinsipial səhvdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
