EBRD: Şəhərlər mənzil tələbatını qarşılamaq üçün investisiya risklərini azaltmalıdır
Şəhərlərin artan mənzil tələbatını qarşılaya bilməsi üçün investisiya risklərinin azaldılması və özəl sektorun daha fəal cəlb olunması vacibdir.
"APA-Economics" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Dayanıqlı İnfrastruktur Qrupunun rəhbər müavini Lin O'Grady Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada deyib.
Onun sözlərinə görə, şəhərlərin mənzil problemini həll etməsi üçün üç əsas istiqamətə diqqət yetirilməlidir.
L. O'Grady qeyd edib ki, ilk növbədə şəhərlər genişmiqyaslı mənzil tikintisi üçün özəl sektorun imkanlarından istifadə etməlidir.
O bildirib ki, ikinci istiqamət investisiya risklərinin azaldılmasıdır. Bu məqsədlə qrantlar, güzəştli kreditlər, zəmanətlər və risklərin bölüşdürülməsi mexanizmləri tətbiq oluna bilər.
EBRD rəsmisinin sözlərinə görə, üçüncü vacib istiqamət mövcud binaların enerji səmərəliliyinin artırılmasıdır.
O vurğulayıb ki, enerji səmərəliliyi nəticəsində əldə olunan qənaət investisiyaların maliyyələşdirilməsinə yönəldilə bilər.
Lin O'Grady əlavə edib ki, mənzil probleminin həlli inteqrasiya olunmuş planlaşdırma, dövlət-özəl tərəfdaşlığı və innovativ maliyyə alətlərinin tətbiqini tələb edir.
Oxşar xəbərlər
Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
Adil Karaismailoğlu: Köhnə və zəlzələ riski olan binaların yenilənməsi Türkiyənin əsas prioritetlərindəndir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
