Tramp Pekinə rəsmi səfərə yollanıb
sizinxeber.az xəbər saytı

Tramp Pekinə rəsmi səfərə yollanıb


ABŞ Prezidenti Donald Tramp Çinə rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində onu ABŞ administrasiyasının bir sıra yüksək vəzifəli nümayəndələri müşayiət edir.

BAKU.WS xəbər verir ki, heyətdə dövlət katibi Marko Rubio, müdafiə katibi Pit Heqset, xəzinədarlıq katibi Skott Bessent və digər rəsmi şəxslər yer alıblar.

Səfər zamanı əsas müzakirə mövzularının Tayvan məsələsi, həmçinin Çinin İranla münasibətləri olacağı bildirilir. Mayın 14-15-də Pekində Prezident Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü planlaşdırılır.

Bu, Donald Trampın prezident kimi Çinə ikinci rəsmi səfəridir. O, bundan əvvəl 2017-ci ildə Pekində olmuşdu.

Oxşar xəbərlər

Tramp Çinə yola düşdü
Trampdan Çinə gözlənilməz təklif: ABŞ neftindən istifadə edin
Tokayev Moskvaya işgüzar səfər edib
Tramp: "İrandakı atəşkəs süni nəfəs aparatına bağlıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər