Azərbaycanda enerji sisteminin qoyuluş gücü 9 QVt-a yaxınlaşıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda enerji sisteminin qoyuluş gücü 9 QVt-a yaxınlaşıb


Bu il Azərbaycanda enerji sisteminin qoyuluş gücü 8 976 MVt-a çatdırılıb.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zaman "Azərenerji" ASC-nin vitse-prezidentinin birinci müavini Yusif Qarayev deyib.

Onun sözlərinə görə, 2018-ci illə müqayisədə 2025-ci ildə Azərbaycanın (Naxçıvan Muxtar Respublikasının enerji sistemi daxil olmaqla) ümumi enerji sisteminin qoyuluş gücü 6 300 MVt-dan 8 976 MVt-dək artıb (2 676 MVt artım).

Yusif Qarayev bildirib ki, qeyd olunan artım fonunda bərpa olunan enerji mənbələrinin (BOEM) enerjisistemdəki payı da 2,5 faiz bəndi artaraq 4,2 %-ə (379,1 MVt) çatdırılıb.

Hazırda ölkədə enerji sistemi üzrə qoyuluş gücünün strukturu belədir: İstilik Elektrik Stansiyaları – 7 199,5 MVt (ümumi qoyuluş gücünün 80,2 %-i), Su Elektrik Stansiyaları (KSES-lər daxil olmaqla) – 1 397,4 MVt (15,6 %), Günəş Elektrik Stansiyaları – 279 MVt (3,1 %), Külək Elektrik Stansiyaları – 55,6 MVt (0,61 %), Hibrid Elektrik Stansiyaları – 7,5 MVt (0,008 %), Biokütlə Enerjisi – 37 MVt (0,41 %).

Oxşar xəbərlər

Azərbaycanda enerji sisteminin qoyuluş gücü 9 QVt- a yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərpa olunan enerji mənbələrinin inteqrasiyasında mənfi təsirlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın enerji sistemində qoyuluş gücü ötən il 1 %-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın yaşıl enerji sayəsində qənaət edəcəyi qazın həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda alternativ enerji istehsalı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər