WUF13-də Belarusun Yeni Şəhər Gündəliyinin əsas məqsədləri açıqlanıb
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasında (WUF13) Belarusun Yeni Şəhər Gündəliyinin əsas məqsədləri açıqlanıb.
Sizinxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko bildirib.
“İlk növbədə, Azərbaycan rəhbərliyinə, Prezident İlham Əliyevə və bu Forumun bütün təşkilatçılarına yüksək səviyyəli hazırlığa və ənənəvi səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Forumumuzun mövzusunda “sülh” və “təhlükəsizlik” sözləri yer alır. Bu gün bu mövzu hər zamankından daha vacibdir. Belarus Prezidenti Aleksandr Lukaşenko dəfələrlə bəyan edib ki, sülh olmadan dayanıqlı inkişaf mümkün deyil. Belarus qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan sülhpərvər xarici siyasət yürüdür. Bu əməkdaşlıq infrastruktur tikintisi və urban inkişaf sahələrini də əhatə edir. Belə tərəfdaşlığın parlaq nümunələrindən biri Azərbaycan Respublikasının Ağdam rayonunda aqroşəhərciyin yaradılması üzrə Belarus-Azərbaycan birgə layihəsidir. Bu layihənin ideyası ölkələrimizin liderlərinə məxsusdur və əminəm ki, onun həyata keçirilməsi bir çox azərbaycanlının yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək. Belarus insan inkişafı sahəsində öz təcrübəsini və imkanlarını bölüşməyə hazırdır” , - deyə İqor Sergeyenko qeyd edib.
Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasının sədri qeyd edib ki, ölkəsi qlobal urbanizasiya tendensiyalarını fəal şəkildə dəstəkləyir: “Biz Yeni Şəhər Gündəliyini rəhbər tuturuq. 2025-ci ildə Belarus Respublikasının 2040-cı ilədək Milli Dayanıqlı İnkişaf Strategiyası qəbul olunub. Bu sənəddə əsas istiqamətlərdən biri mənzil tikintisinə həsr edilib. Məqsədimiz sadə və konkretdir, hər bir vətəndaş müasir standartlara uyğun, keyfiyyətli və əlçatan mənzillə təmin olunmalıdır. Gələcək enerji qənaət edən texnologiyalara, bərpaolunan enerji mənbələrinin geniş istifadəsinə və ekoloji cəhətdən təhlükəsiz tikinti sistemlərinə məxsusdur. Biz adi binalardan ağıllı yaşayış məhəllələrinə keçid edirik. Hazırkı sessiya Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin 10 illiyi ilə üst-üstə düşür. Bu dövr optimal urban inkişaf modelinin axtarışı mərhələsi olub. Bu gün isə əsas prioritetlər üzrə əldə olunan nailiyyətləri möhkəmləndirmək lazımdır. Belarus səmimi dialoqa və mənalı tərəfdaşlığa açıqdır və müasir urban inkişaf çağırışlarının həlli üçün sizinlə birlikdə çalışmağa hazırdır. Yalnız birgə səylərlə bu problemlərin həllinə nail olmaq mümkündür”, - deyə İqor Sergeyenko vurğulayıb.
Oxşar xəbərlər
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik
Anar Quliyev: Liderlər sessiyası şəhərlərin gələcəyinə dair ortaq baxış formalaşdıracaq
İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
Sədr: WUF tarixində ilk dəfə Bakıda liderlər sammiti keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
