Anar Quliyev: Liderlər sessiyası şəhərlərin gələcəyinə dair ortaq baxış formalaşdıracaq
sizinxeber.az xəbər saytı

Anar Quliyev: Liderlər sessiyası şəhərlərin gələcəyinə dair ortaq baxış formalaşdıracaq


Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində xüsusi liderlər sessiyası təşkil olunub.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu WUF13-ün açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

“Bu gün keçirilən liderlər sessiyası şəhərlərin gələcəyi ilə bağlı ortaq baxışın formalaşdırılması üçün unikal imkan yaradır”, – deyə Anar Quliyev qeyd edib.

Onun sözlərinə görə, builki forum tarixi bir mərhələdir: "Ümumdünya Şəhərsalma Forumu çərçivəsində ilk dəfə olaraq Azərbaycan Respublikasının təşəbbüsü ilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiya keçirilir".

Anar Quliyev bildirib ki, WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də mühüm məsuliyyətdir.

O qeyd edib ki, forum qlobal şəhər siyasətinin təşviqi, tərəfdaşlıqların gücləndirilməsi, Yeni Şəhər Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının dəstəklənməsi üçün əsas beynəlxalq platformadır.

Oxşar xəbərlər

Anar Quliyev: WUF13-ün ilk iki günü bizə çox fərqli hava şəraiti göstərdi, bu, iqlim dəyişikliyinin nəticəsidir
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Sədr: WUF tarixində ilk dəfə Bakıda liderlər sammiti keçiriləcək
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
Anar Quliyev: "WUF13 beynəlxalq birlik üçün həlledici məqamda baş tutur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər