Sədr: WUF tarixində ilk dəfə Bakıda liderlər sammiti keçiriləcək
WUF13-ün əsas fərqləndirici xüsusiyyətlərindən biri yüksək səviyyəli siyasi iştirak olacaq.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyev deyib.
O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarını bir araya gətirəcək liderlər seqmenti təşkil olunacaq: “Azərbaycan UN-Habitat ilə birlikdə davamlı şəhər inkişafı, xüsusilə mənzil sahəsində görkəmli nailiyyətləri tanıyacaq yeni beynəlxalq təşəbbüs- “Bakı Şəhər Mükafatı”nı təqdim edəcək. WUF13 forumun özündən kənarda da mühüm irs qoyacaq.
Çoxsaylı təşəbbüslər və siyasət nəticələri ilə yanaşı, əməliyyat mükəmməlliyi də Ümumdünya Şəhərsalma Forumunun səmərəli təşkilində əsas amildir.
WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlanmış “Bakı standartları” əsasında biz UN-Habitat ilə birlikdə gələcək Ümumdünya Şəhər Forumlarına ev sahibliyi edəcək ölkələr üçün məlumatlandırıcı əməliyyat bələdçisi hazırlamağı planlaşdırırıq”.
Oxşar xəbərlər
Komitə sədri: WUF13 beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının ifadəsidir
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Anar Quliyev: WUF13 son illər qurduğumuz milli dialoqların qlobal genişlənməsidir
Dövlət Komitəsinin nümayəndə heyəti Nayrobidə BMT-nin tədbirində iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
