Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs milli silahlı qüvvələrə əlavə olaraq təxminən 3 milyard funt sterlinq (3,7 milyard dollar) ayırmağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, birdəfəlik ödəniş barədə Leyboristlər hökumətinin büdcə müraciəti zamanı elan ediləcək. Rivs bu müraciətlə oktyabrın 30-da İcmalar Palatasında (parlamentin aşağı palatası) 2025-ci il üçün büdcəni təqdim edərkən çıxış etməlidir.
Məqalədə qeyd olunub ki, 2,9 milyard funt məbləğində əlavə maliyyələşdirmə paketindən 400 milyon funt hərbi qulluqçuların maaşlarının 6 % artırılmasına yönəldiləcək. Vəsaitlər həmçinin Ukraynaya verilmiş silahların əvəzinə silah ehtiyatlarının bərpasına ayrılacaq.
“The Daily Telegraph” qeyd edib ki, Rivs müdafiə xərclərinin uzunmüddətli artımı ilə bağlı heç bir bəyanat verməyəcək. Nəşrin məlumatına görə, bu xərclər hazırkı səviyyədə – ÜDM-in təxminən 2,3 %-i həcmində qalacaq.
Oxşar xəbərlər
Britaniya Ukraynaya Beynəlxalq Yardım Fonduna 1,3 milyard dollardan çox vəsait toplayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Britaniya qırıcı təyyarə istehsalından imtina edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya CO2 tutma obyektlərinin yaradılmasına 28,4 milyard dollar ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Ukraynaya 2,3 milyard dollar maliyyə yardımı ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ İsrailə silah alışı üçün 3,5 milyard dollar verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












