Rusiyada bıçaqlı hücumda 5 yeniyetmə ölüb
Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində bıçaqlı hücumda 5 yeniyetmə ölüb.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın İrkutsk vilayəti üzrə İstintaq Komitəsi məlumat verib.
Qeyd olunub ki, ötən gecə İrkutsk vilayətinin Baykalsk şəhərində fərdi yaşayış evində yanğın baş verib və hadisə yerində 5 nəfərin meyiti tapılıb.
İstintaqın məlumatına görə, bir qrup yeniyetmə “Qornıy Baykal” bağçılıq birliyindəki fərdi evdə olub. Qəfildən onlardan biri ətrafındakı həmyaşıdlarına bıçaqla hücum edib. Nəticədə 4 yeniyetmə hadisə yerindəcə keçinib, daha 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib. Şübhəli şəxs hücumdan sonra evi yandırıb və yanğın nəticəsində özü də dünyasını dəyişib.
Oxşar xəbərlər
Rusiyanın İrkutsk vilayətində qasırğa səbəbindən 100 mindən çox ev işıqsız qalıb
Hyustonda şənlikdə atışma nəticəsində iki yeniyetmə həlak olub
Rusiyada fərdi evdə baş verən yanğında biri uşaq olmaqla üç nəfər ölüb
Rusiyanın Tambov vilayətində yanğın nəticəsində 3 nəfər ölüb
Rusiyada zəncirvari qəzada üç nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













