Rusiyada fərdi evdə baş verən yanğında biri uşaq olmaqla üç nəfər ölüb
Rusiyanın Novosibirsk şəhərində üç nəfərin ölümünə səbəb olan yanğın baş verib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin Telegram kanalında məlumat verilib.
Yanğının kəşfiyyatı zamanı həyat əlaməti olmayan iki böyük və bir uşaq aşkar edilib. Yaralı aşkar edilən daha bir nəfər isə ağır vəziyyətdə yanıq mərkəzinə yerləşdirilib.
İdarədən bildirilib ki, gecə saat üç radələrində fərdi taxta ev yanıb, hadisə zamanı eyvan və evin döşəmələri dağılıb. Qonşuların dediyinə görə, evdə ər-arvad yaşayırmış, bir gün əvvəl qızı və nəvəsi onlara baş çəkməyə gəliblər.
Yanğının baş vermə səbəbi Rusiya Fövqəladə Hallar Nazirliyinin və İstintaq Komitəsinin müstəntiqlərinin daxil olduğu qrup tərəfindən müəyyən ediləcək.
Oxşar xəbərlər
Rusiyada fərdi evdə baş vermiş yanğında 3 uşaq ölüb
Rusiyada biri uşaq olmaqla dörd nəfər yanaraq ölüb
Maqadanda baş vermiş yanğında 3 uşaq daxil olmaqla 4 nəfər həlak olub
Rusiyada ana dörd uşağı ilə birlikdə yanaraq ölüb
Rostov vilayətində yanğında 6 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







