Rusiyanın İrkutsk vilayətində qasırğa səbəbindən 100 mindən çox ev işıqsız qalıb
Rusiyanın İrkutsk vilayətinin 8 rayonunda qasırğa səbəbindən yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayandırılıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin teleqram-kanalında məlumat yayılıb.
“Sürəti 34 m/s-ə çatan külək nəticəsində vilayətin 8 rayonu üzrə 613 yaşayış məntəqəsində 101 306 evin elektrik enerjisi ilə təchizatı kəsilib”, - məlumatda deyilir.
Regionun qubernatoru İqor Kobzev fövqəladə hallar komissiyasının iclasından sonra bildirib ki, bölgədəki yanğınlar azı 18 evi, ibtidai məktəbi və yeməkxananı məhv edib. Güclü külək 10 binanın damını qoparıb, hasarları və ağacları uçurub, texnogen yanğınlara səbəb olub.
Ölən və yaralanan olmayıb.
Oxşar xəbərlər
Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliyada qasırğa nəticəsində 7 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatala və Qaxda elektrik enerjisi kəsilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bosniya və Herseqovinada güclü qar səbəbindən onminlərlə ev işıqsız qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə güclü külək əsir, bəzi ərazilərdə enerjinin verilişi dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












