İlbər Ortaylı: Macarıstan türkologiyası sayəsində türklərə, türk tarixinə baxış dəyişib
Macarıstan türkologiyası sayəsində insanların türklərə, türk tarixinə baxışı, münasibəti dəyişib.
Bunu "Sizinxeber.az"un Ankara bürosuna açıqlamasında Türkiyənin tanınmış tarixçi alimi, professor və yazar İlbər Ortaylı deyib.
O, mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünü şərh edərək deyib ki, Macarıstan türkologiyanı, türk tarixini və türk dilini ən gözəl tədqiq edən ölkə olduğu üçün elmi araşdırmalar baxımından onunla əlaqələri genişləndirməyə ehtiyac var:
“Bu gün nə Almaniya, nə də ABŞ-də türkologiya bu qədər güclü şəkildə inkişaf edib. Türkologiya adı altında Almaniya, Avstriya və bəzi digər ölkələr var ki, daha çox başqa fəaliyyətlərlə, casusluq və sair işlərlə məşğul olublar. Amma Macarıstan türkologiyası sayəsində insanların Türkiyəyə və türklərə, türk tarixinə baxışı, münasibəti dəyişib”.
İ.Ortaylı hesab edir ki, TDT-də əsas funksiyanı üzərinə götürmüş Türkiyə və Azərbaycan Macarıstanla türkologiya sahəsindəki əlaqələrə çox əhəmiyyət verməlidir:
“Türkologiya ilə əlaqədar macar mütəxəssislərlə birgə toplantılar keçirilməlidir, münasibətlər qurulmalıdır. Türkiyənin də türkologiya ilə bağlı Macarıstanla elmi-tədqiqatlar sahəsində əlaqəsi zəifləyib, gücləndirilməsi lazımdır. Eləcə də Azərbaycanın. Türkoloqlar, mütəxəssislər hazırlanması üçün bu ölkəyə çox sayda tələbə cəlb etmək məqsədəuyğundur”.
Oxşar xəbərlər
Mayın 21-də Macarıstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək
Peter Siyarto: Dünya dəyişikliklər Türk Dövlətləri Təşkilatının əhəmiyyətini artırıb
Viktor Orban: "Macarıstanın türk dövlətləri ilə illik ticarət dövriyyəsi 5 milyard dolları keçib"
Mayın 21-də Macarıstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçiriləcək
Aktau 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
