Peter Siyarto: Dünya dəyişikliklər Türk Dövlətləri Təşkilatının əhəmiyyətini artırıb
Əgər türk dövlətləri olmasaydı, bu gün Macarıstanın enerji təchizatının təhlükəsizliyi mümkünsüz idi.
“Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevlə birgə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Macarıstan türk dövlətləri ilə əməkdaşlıqdan böyük fayda əldə edib:
“İqtisadiyyat, təhlüksizlik və enerji təchizatı bizim türk dövlətləri ilə əməkdaşlıq gündəliyimizdə dayanan əsas məsələlərdir. Dünya xeyli dəyişib və bu dəyişikliklər TDT-nin əhəmiyyətini artırıb. Həmçinin bizim türk dövlətləri ilə uğurlu əməkdaşlığımızın da əhəmiyyəti artıb. Bu gün təhlükələr dövründə yaşadığımızı demək heç də mübaliğə deyil”.
XİN başçısı vurğulayıb ki, Avropa ciddi çağırışlarla üz-üzədir:
“Biz macarlar türk dövlətləri ilə əməkdaşlıqdan son illərdə çox şey qazandıq və bu əməkdaşlıq sayəsində Avropanı hazırda sarsıdan çağırışlara cavabları daha asan tapa bilirik. Qlobal iqtisadi çağırışlara baxmayaraq, türk dövlətləri iqtisadi cəhətdən gücləniblər. Son illərdə bu ölkələrin ÜDM-i 20 faiz, təşkilat üzvləri arasında ticarət dövriyyəsi isə 50 faiz artıb. Biz də bu prosesdə iştirak etmişik, türk dövlətləri ilə ticarət dövriyyəmizi ikiqat artırmışıq”.
Oxşar xəbərlər
TDT-nin Baş katibi Naxçıvan Sazişinin ildönümü ilə bağlı türk dünyasını təbrik edib
Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
