Hakan Fidan: Yaxın günlərdə Rusiya ilə Ukrayna təmaslarla bağlı kompromis əldə edə bilər
sizinxeber.az xəbər saytı

Hakan Fidan: Yaxın günlərdə Rusiya ilə Ukrayna təmaslarla bağlı kompromis əldə edə bilər


Yaxın günlərdə Rusiya ilə Ukrayna təmaslarla bağlı kompromis əldə edə bilər.

"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada İordaniya baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Ayman Safadi və Suriyanın xarici işlər naziri Əsəd Həsən Şaybani ilə birgə mətbuat konfransında deyib.

H.Fidan Rusiya Prezidenti Vladimir Putinin İstanbulda Ukrayna ilə danışıqlara yenidən başlamaq təklifini dəyərləndirib:

"Bölgədə sülh və sabitliyin olması Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir. Ukrayna ilə Rusiya arasında davam edən müharibədə mövqeyimiz əvvəldən bəllidir. Prezident Rəcəb Tayyib Ərdoğan da bunu dəfələrlə dilə gətirib. Türkiyə üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır".

Türkiyə XİN rəhbəri vurğulayıb ki, Türkiyə tərəfləri tezliklə atəşkəsə başlamağa dəvət edir.

Oxşar xəbərlər

Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
Hakan Fidan: Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır
Rəsmi Ankara: Rusiya və Ukrayna təmaslarla bağlı kompromis əldə edə bilər
Hakan Fidan: “3+3” formatında XİN başçılarının III görüşü İstanbulda keçiriləcək
Hakan Fidan NATO-nun Baş katibi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər