İran “Avropa üçlüyü”nə nüvə proqramı ilə bağlı iclası Romada keçirməyi təklif edib
sizinxeber.az xəbər saytı

İran “Avropa üçlüyü”nə nüvə proqramı ilə bağlı iclası Romada keçirməyi təklif edib


İran Avropa İttifaqının üç ölkəsinə (Almaniya, Böyük Britaniya və Fransa) mayın 2-də Romada nüvə proqramı ilə bağlı iclas keçirməyi təklif edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Reuters” diplomatlara istinadən məlumat yayıb.

Qeyd olunub ki, İran ABŞ-la danışıqların bərpa olunacağı təqdirdə Avropa ölkələri ilə görüşməyi təklif edib. Məqalədə deyilir ki, “Avropa üçlüyü” hələlik təklifə cavab verməyib.

“Axios”un müxbiri Barak Ravid da bildirib ki, ABŞ və İran arasında məsləhətləşmələrin növbəti raundu şənbə günü, mayın 3-də İtaliyanın paytaxtında keçiriləcək.

Oxşar xəbərlər

İran və "Avropa üçlüyü" arasında danışıqların yeni raundu keçiriləcək
Oman XİN ABŞ-İran danışıqlarının ikinci mərhələsinin vaxtını təsdiqləyib
Bu həftə İran və Avropa "üçlüyü"nün nümayəndə heyətləri görüşəcək
KİV: ABŞ və İran arasında məsləhətləşmələrin ikinci raundu aprelin 19-da Romada keçiriləcək
İran və "Avropa üçlüyü" arasında danışıqların dördüncü raundu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər