Rusiya və ABŞ arasında İstanbuldakı məsləhətləşmələr qapalı formatda keçiriləcək
Türkiyənin İstanbul şəhərində Rusiya və ABŞ nümayəndə heyətləri arasında baş tutacaq məsləhətləşmələr, birinci danışıqlar raundunda olduğu kimi qapalı formatda keçiriləcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
Məlumata görə, iki ölkənin nümayəndə heyətləri artıq İstiqlal küçəsində yerləşən Rusiyanın Baş Konsulluğunun binasına gediblər.
Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək.
Daha əvvəl A.Darçiyev danışıqlar zamanı diplomatik əmlakın qaytarılması məsələsini qaldıracağını bildirmişdi.
Qeyd edək ki, tərəflər arasında ilk məsləhətləşmələr Ər-Riyadda keçirilib və 12 saatdan çox davam edib. Danışıqların yekunlarına görə, Ağ Ev Rusiya və ABŞ-nin təhlükəsiz gəmiçiliyi təmin etmək, həmçinin Qara dənizdə güc tətbiqindən çəkinmək barədə razılığa gəldiyini bəyan edib.
Oxşar xəbərlər
Vaşinqton Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda görüşün keçiriləcəyini təsdiqləyib
Rusiya-ABŞ məsləhətləşmələrinin ikinci raundu aprelin ortalarında Ər-Riyadda baş tuta bilər
Cenevrədə nüvə problemi üzrə danışıqlar keçirilir
Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib
Moskva və Kiyev Dohada danışıqlar aparmağı planlaşdırırdılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













