Vaşinqton Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda görüşün keçiriləcəyini təsdiqləyib
Dövlət Departamenti Rusiya və ABŞ nümayəndə heyətləri arasında aprelin 10-da İstanbulda görüşün keçiriləcəyini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Temmi Bryus brifinqdə bildirib.
Onun sözlərinə görə, tərəflər səfirliklərin işinin bərpası və ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, İstanbulda keçiriləcək danışıqlarda Rusiya və ABŞ nümayəndə heyətlərinə Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter başçılıq edəcək. Rusiya Xarici İşlər Nazirliyi məsləhətləşmələrin dəqiq nə vaxt keçiriləcəyini açıqlamayıb.
Oxşar xəbərlər
Ermənistan XİN İstanbulda nazirlərin “3+3” formatında görüşündə iştirakı təsdiqləyib
Sibiqa və Rubio Ciddədə gözlənilən görüşü müzakirə ediblər
İstanbulda Rusiya-ABŞ görüşündə nümayəndə heyətlərinin rəhbərləri məlum olub
Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib
Rusiya İstanbul görüşündə XİN-in xətti ilə təmsil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













