Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib
sizinxeber.az xəbər saytı

Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib


Rusiya hökumətinin sədri Mixail Mişustin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə hökumətin rəsmi hüquqi məlumat portalında dərc edilmiş sərəncamda qeyd olunub.

Belə ki, nümayəndə heyətinin rəhbəri Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev təyin edilib.

Nümayəndə heyətinin rəhbər müavini Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin başçısı İqor Şumakov təyin edilib.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezident Vladimir Putin Bakıda keçiriləcək COP29 iqlim konfransında Rusiya nümayəndə heyətinə Baş nazir Mişustinin rəhbərlik edəcəyini bildirmişdi.

Oxşar xəbərlər

Putin və ya Mişustin COP29-da iştirak etmək üçün Bakıya gələ bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək şəxsin adı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Bakıya gəlsin, danışaq... Putinin köməkçisi[xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliyanın Baş naziri COP29-da iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər