Ərdoğan Albaniya və Serbiyaya rəsmi səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-11-də Albaniya və Serbiyaya rəsmi səfər edəcək.
Bu barədə “Sizinxeber.az” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, səfərlər zamanı aparılan danışıqlar ikitərəfli münasibətlərin bütün aspektlərinə baxılmasını və müxtəlif sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin müzakirəsini nəzərdə tutur.
Ərdoğan səfər çərçivəsində hər iki ölkədə həmkarları ilə təsis olunmuş yüksək səviyyəli Əməkdaşlıq Şurasının iclaslarına sədrlik edəcək. Ərdoğan Albaniyanın Baş naziri Edi Ramanın iştirakı ilə Balkan yarımadasında Türkiyənin maliyyələşdirdiyi ən böyük məscid olan Tirana Namazgah məscidinin açılışını edəcək.
Türkiyə lideri sonra Belqrada gedəcək və Serbiya Prezidenti Aleksandar Vuçiçlə biznes forumda iştirak edəcək. Səfərlər nəticəsində ikitərəfli münasibətlərin müqavilə əsaslarını inkişaf etdirmək məqsədilə müxtəlif sazişlərin imzalanması da planlaşdırılır. Danışıqlar zamanı həmçinin cari qlobal və regional məsələlər, o cümlədən Balkan yarımadasındakı hadisələr, həmçinin Yaxın Şərqdəki gərginliklə bağlı fikir mübadiləsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Ərdoğan Albaniyanın Baş naziri ilə Qəzzanı müzakirə edib
Ərdoğan Nyu-Yorkda Yunanıstanın Baş naziri ilə danışıqlar aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
