Monqolustan Prezidenti 21 ildən sonra Türkiyəyə rəsmi səfər edəcək
Monqolustan Respublikasının Prezidenti Uxnaaqiyn Xurelsux bu gün Türkiyədə rəsmi səfər edəcək.
“Report” xəbər verir ki, bununla bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun sosial şəbəkə hesabında paylaşım edib.
O, qeyd edib ki, Monqolustan Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yanvarın 19-dək Ankarada rəsmi səfərdə olacaq. Səfər zamanı Türkiyə ilə Monqolustan münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək.
Səfər çərçivəsində yanvarın 16-da Türkiyə Prezidenti İqamətgahında keçiriləcək danışıqlarda iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün atıla biləcək addımlar diqqət mərkəzində olacaq, habelə aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
“Monqolustandan ölkəmizə dövlət başçısı səviyyəsində 21 ildən sonra baş tutacaq səfər dərin tarixi keçmişi, mədəni dəyərləri, ortaq irsimiz olan türk və monqol xalqları arasında qarşılıqlı faydalı əsasda dostluq münasibətlərinin daha da inkişafına kömək edəcək", - Fahrettin Altun bildirib.
Oxşar xəbərlər
Ankarada Türkiyə və İran prezidentlərinin görüşü başlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Monqolustan Prezidenti Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Monqolustan Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Monqolustana rəsmi səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Prezidenti Monqolustanda rəsmi səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












