İran Azad Universitetinin bir fakültəsində təhsil haqqı 300 faiz artıb
sizinxeber.az xəbər saytı

İran Azad Universitetinin bir fakültəsində təhsil haqqı 300 faiz artıb


İran Azad Universitetinin tibb elmləri fakültəsində təhsil haqqı 300 faiz artırıldığından tələblər ödəniş edə bilmir və nəticədə borclu qalıblar.

“Sizinxeber.az” İLNA-ya istinadən xəbər verir ki, bunu İran parlamenti təhsil komissiyasının üzvü Ramzan Rəhimi-Daştlui bildirib.

Onun sözlərinə görə, universitetdə təhsil haqqı gözlənilmədən 300 % artırılıb:

“Bundan parlament və Elm nazirliyinin xəbəri olmayıb. Halbuki ali təhsil müəssisəsi qiymət artımını imtahan qeydiyyat kitabçasında qeyd etməli idi. Ona görə bu, imtahan verənlərin hüquqlarının pozulmasıdır".

Artıq on gündən artıqdır ki, tələbələr qərara qarşı etiraz edirlər.

Rektor Məhəmməd Mehdi Tehrançı isə artımın təbii olduğunu deyib:

“Biz gəlir-xərc prinsipi ilə işləyən müəssisə olduğumuzdan hökumətin çiyinlərində yük deyilik”.

Qeyd edək ki, İran Azad Universiteti 1983-cü ildə Əliəkbər Haşimi-Rəfsəncaninin təklifi ilə yaradılıb və ölkənin ən varlı ali təhsil ocağı sayılır.

Oxşar xəbərlər

İdris İsayev: Bir tələbəyə düşən təhsil xərcləri orta hesabla 25 faiz artırılıb
Rektor: Türkiyə-Azərbaycan Universitetində gələcəkdə tibb sahəsi üzrə ixtisas olacaq
Milli Müdafiə Universiteti Türkiyədə təhsil üçün abituriyent qəbulu elan edib
Milli Müdafiə Universiteti Türkiyədə hərbi tibb təhsili üçün abituriyent qəbulu elan edib
BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər