Aİ-nin Gürcüstandakı səfiri hökumətin ittifaqa üzvlük prosesini dayandırmaq qərarını kədərli adlandırıb
Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri ölkənin Aİ-yə üzvlük prosesini dayandırmaq qərarını kədərli adlandırıb.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
Onun sözlərinə görə, Aİ Gürcüstana üzvlük üçün namizəd statusu vermişdi və dünən baş verənlər açıq şəkildə Gürcüstanın əvvəlki hökumətinin siyasətinə ziddir, eyni zamanda Gürcüstan xalqının əksər hissəsinin iradəsi ilə ziddiyyət təşkil edir.
"Əlbəttə ki, Gürcüstan müstəqil, suveren dövlətdir. Gürcüstanın özünün qərar vermək hüququ var – Avropa inteqrasiyasını davam etdirib-etdirməmək məsələsi öz ixtiyarındadır. Mənim fikrimcə, bu, çox kədərlidir, çox təəssüf doğurur və çox məyusedicidir”, – deyə Pavel Herçinski vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-də “Gürcü Arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdiklərini bildirib.
Oxşar xəbərlər
Kobaxidze: 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdik
Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır
Gürcüstanın Aİ-yə üzv olması üçün şərtlər açıqlanıb
Gürcüstanın Baş naziri Almaniya Bundestaqının qətnaməsini ədalətsiz adlandırıb
İrakli Kobaxidze: Rusiyanın Gürcüstana təsiri yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













