İstanbulda naməlum şəxslər polisə molotov kokteyli və partlayıcı atıblar
sizinxeber.az xəbər saytı

İstanbulda naməlum şəxslər polisə molotov kokteyli və partlayıcı atıblar


Türkiyənin İstanbul şəhərində naməlum şəxslər polis maşınına molotov kokteyli və partlayıcı atıblar.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Qeyd olunub ki, polis insanların icazəsiz toplaşdığı əraziyə gəlib və onlara dağılışmaq əmri verib.

Lakin polisin çağırışına cavab olaraq bir neçə nəfər polis maşınına tərəf molotov kokteyli və əldəqayırma partlayıcı ataraq qaçıblar.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Polis araşdırma aparır.

Oxşar xəbərlər

İstanbulda naməlum şəxslər polis maşınına partlayıcı atıblar
Çilidə internat məktəbində “Molotov kokteyli”nin partlaması nəticəsində 35 şagird xəsarət alıb
Yaponiyada Baş nazirin iqamətgahına hücum edilib
Fransa polisi etirazçılara qarşı güc tətbiq edib
Londonderridə parad zamanı 10 polis əməkdaşı yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər