Qazaxıstanda bunkerdə faciə, ölənlər var
sizinxeber.az xəbər saytı

Qazaxıstanda bunkerdə faciə, ölənlər var


Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində 4 işçi ölüb.

“Sizinxeber.az” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Onların dərinliyi 5 metr olan bunkerdə təmizləmə işləri apardıqları bildirilib.

“Fövqəladə Hallar Departamenti, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Xilasedicilər işçilərin meyitlərini bunkerdən çıxarıblar”, - məlumatda qeyd olunub.

Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. İşçilərin ölüm səbəbləri hələlik məlum deyil.

Vilayət prokurorluğu polisin ibtidai araşdırmaya başladığını bildirib.

Oxşar xəbərlər

Cəlilabadda su quyusuna düşən ata və qızının şəxsiyyəti məlum olub, axtarışlar davam edir - YENİLƏNİB
Cəlilabadda ata və övladının su quyusuna düşdüyü ehtimal olunur, atanın meyiti tapılıb 
Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər