Dövlət Departamenti: Blinken Azərbaycanla Ermənistan arasında danışıqlardakı irəliləyişi alqışlayır
ABŞ Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır, xüsusilə sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları qeyd edir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda baş tutmuş telefon danışığını şərh edən Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirilib.
M.Miller vurğulayıb ki, A.Blinken N.Paşinyanla söhbətində Cənubi Qafqazda davamlı və layiqli sülhün bərqərar olmasının vacibliyini təsdiqləyib.
Xatırladaq ki, daha əvvəl Ermənistan hökumətinin yaydığı məlumata görə, A.Blinken və N.Paşinyan ikitərəfli gündəliyi və Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər.
Oxşar xəbərlər
Paşinyan Blinkenlə İrəvan və Bakı arasındakı sülh prosesini müzakirə edib
Blinken Ukraynanın yeni xarici işlər naziri ilə danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
